Abşeronda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, oktyabrın 22-də saat 15 radələrində Abşeron rayonunda şəhər sakini Rüfət Əliyev idarə etdiyi “Toyota” markalı avtomobili aşıb. Sərnişin - Bakı şəhər sakini Samir Zeynalov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.