Bakıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan iki turist xilas edildi
03 noyabr 2013 13:14 (UTC +04:00)

Bakıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan iki turist xilas edildi

0
Bakıda iki əcnəbi vətəndaş dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb. Şəkil çəkdirmək Bibiheybət ərazisində “Köhnə mayak” deyilən ərazidə təpənin üzərinə qalxan iki dağıstanlı gənc gəldikləri yolu geri qayıda bilməyiblər. Onlar Fövqəladə Hallar Nazirliyinin “Qaynar xətt”inə zəng vuraraq kömək istəyiblər.
 
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Qüvvələri dərhal hadisə yerinə gəlib. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə təpədə köməksiz vəziyyətdə qalan şəxslər 1989-cu il təvəllüdlü Zolotaryov Yevgeniy və 1995-ci il təvəllüdlü Tabakov Maksimdir.
 
Turistlər APA TV-yə bildiriblər ki, dağlıq əraziyə Günəşin doğması anını lentə almaq üçün çıxıblar. Daha sonra düşə bilmədiklərinə görə, FHN-ə zəng edərək kömək istəyiblər.
 
Əməliyyat başa çatdıqdan sonra Maksim və Yevgeniy 8-ci polis bölməsinin əməkdaşlarına təhvil veriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1759

Oxşar yazılar