Yeni doğulan (ana bətnindən 7-8 aylıq ikən çıxarılmış) körpənin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib.
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. O qeyd edib ki, meyit mayın 30-da tapılıb və Yasamal rayon prokurorluğu tərəfindən müvafiq araşdırmalar davam etdirilir.
***
Bakıda xəstəxananın həyətində körpə meyiti tapılıb.
Lent.az-ın “Report”a istinadən verdiyi məlumata görə, akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində, yaşıllıq və ağaclıq olan ərazidə yeni doğulan (ana bətnindən 7-8 aylıq ikən çıxarılmış) qız uşağının meyiti aşkar olunub.
İlk baxışdan məlum olub ki, körpə vəhşı heyvanların qurbanı olub.
Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılır.