Bakıda dəhşətli hadisə: uşaq öldü, nənəsi xəstəxanaya aparıldı
13 may 2013 15:40 (UTC +04:00)

Bakıda dəhşətli hadisə: uşaq öldü, nənəsi xəstəxanaya aparıldı

Bu gün günorta saatlarında Bakıda dəhşətli yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Qurd qapısı adlanan ərazinin yaxınlığında, Badamdar qəsəbəsini dairəvi yola birləşdirən yolda “Toyota” markalı avtomobil yaşlı qadını və onun nəvəsini vurub. Zərbənin gücündən qadının qucağındakı uşaq xeyli məsafə aralıya düşüb və hadisə yerindəcə keçinib. Qadın isə təcili tibbi yardım maşını ilə aparılıb. Onun vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.

 

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar başlanılıb.

 

Polis həmçinin zərərçəkənlərin adının dəqiqləşdirilməsinə çalışır.

# 5824
avatar

Nizam Rza

Oxşar yazılar