Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 26-da Xətai rayonu ərazisində yaşayan, şizofreniya xəstəsi olan Roza Eminova evində kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq qadın dekabrın 27-də ölüb.
Araşdırma aparılır.