Bakıda tıxac nəqliyyatın hərəkətini yenə iflic etdi - YENİLƏNİB
29 dekabr 2013 21:36 (UTC +04:00)

Bakıda tıxac nəqliyyatın hərəkətini yenə iflic etdi - YENİLƏNİB

0

Bakı-Sumqayıt yolunda, Tbilisi prospektindә, Şamaxinka dairәsindә böyük tıxac davam edir. APA-nın məlumatına görə, nәqliyyatın hәrәkәti tam dayandığından insanlar avtobuslardan enib piyada getməyə məcbur olur.

 

YPX əməkdaşları nəqliyyat hərəkətini tənzimləməyə çalışır. Lakin hələlək göstərilən səylər nəticə vermir. 

***

19.06

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) APA-ya verilən məlumata görə, paytaxtın Afiyəddin Cəlilov, Niyazi küçələrində, həmçinin Tiflis, Neftçilər, Bülbül prospektlərində, 3-cü mikrorayon dairəsində, 20 Yanvardan Xırdalan istiqamətində böyük tıxac yaranıb.Bakının əsas küçə və prospektlərində tıxac yaranıb.

 

NİİM-dən həmçinin bildiriblər ki, 20 Yanvardan Xırdalan istiqamətində tıxacın yaranmasına səbəb şəhərdən çıxan avtomobillərin sayının çox olması ilə bağlıdır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3495

Oxşar yazılar