Azərbaycanda yol qəzası: bir nəfər ölüb
19 avqust 2013 19:15 (UTC +04:00)

Azərbaycanda yol qəzası: bir nəfər ölüb

0

Azərbaycanda ağır yol qəzası baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Bakı-Quba yolunun 30-cu kilometrliyində, Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü Nurlan Nurəddin oğlu Hümbətovun idarə etdiyi “42-BM-245”  dövlət nömrə nişanlı, “VAZ 21-015” markalı avtomobillə 1988-ci il təvəllüdlü Əlləz Xıdır oğlu Yusibovun idarə etdiyi “99-ES-194” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil toqquşub.

 

Nəticədə  “VAZ 21-015” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, avtomobildə olan digər sərnişinlər - 1991-ci il təvəllüdlü Elgün Rasim oğlu Mehdiyev, Samir Əlisafa oğlu Mustafayev, 1995-ci il təvəllüdü Qaryağdı Rasim oğlu Rüstəmov, 1992-ci il təvəllüdlü Ruslan Əlağa oğlu Hacılı xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 766

Oxşar yazılar