Baş Prokurorluqdan Vidadi İsgəndərov barəsində yayılan xəbərlərə münasibət
15 oktyabr 2015 18:46 (UTC +04:00)

Baş Prokurorluqdan Vidadi İsgəndərov barəsində yayılan xəbərlərə münasibət

 Baş Prokurorluq deputatlığa namizəd Vidadi İsgəndərov barəsində cinayət təqibi həyata keçirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd Vidadi İsgəndərov və bəzi dairələr sosial şəbəkələrdə və ayrı-ayrı KİV-də təqib olunması və həbs olunacağı barədə informasiyalar yayıblar: “Baş Prokurorluq həmin məlumatları qəti şəkildə təkzib edir. Həmin məlumatların heç bir hüquqi əsası yoxdur. Vidadi İsgəndərov barəsində hüquq-mühafizə orqanlarında hər hansı cinayət təqibi həyata keçirilmir və onun toxunulmazlığı qanunla qorunur

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212

Oxşar yazılar