Bərdədə ağır yol qəzası: 3 ölü, 3 yaralı
18 sentyabr 2013 11:54 (UTC +04:00)

Bərdədə ağır yol qəzası: 3 ölü, 3 yaralı

Bərdə rayonunda dəhşətli yol qəzası baş verib.


 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 4 radələrində Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisində qeydə alınıb. “VAZ 21 015” markalı minik maşınının Qarabağ kanalına düşməsi nəticəsində sürücü və avtomobildə olan sərnişinlərdən biri hadisə yerində dünyasını dəyişib.

 

Xəsarət alan dörd şəxs isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-nın Qarabağ bürosuna bildirilib ki, yaralılardan biri, Ağcabədi rayonu Hüsülü kənd sakini, 1996-cı il təvəllüdlü Əliyev Fazil Rövşən oğlu xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

 

Digər yaralılar, Ağcabədi rayonu Hüsülü kənd sakinləri - 1990-cı il təvəllüdlü Mirzəyev Alı Hasil oğlu, onun həmyaşıdı Əhmədov Rəcəb Xanoğlan oğlu və 1985-ci il təvəllüdlü Fətəliyev Vasif Ceyhun oğlunun vəziyyəti orta-ağır olaraq qalır.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. Ölənlərin şəxsiyyəti hələlik məlum deyil. Avtomobildə olanların hamısı Ağcabədi rayonunun Hüsülü kənd sakinləri olub.

 

İlkin ehtimala görə, qəzanın baş verməsinə maşının yüksək sürətlə idarə edilməsi səbəb olub.

 

 

# 2554
avatar

Oxşar yazılar

Bakıda DƏHŞƏT:  Ər arvadını boğub öldürdü

Bakıda DƏHŞƏT: Ər arvadını boğub öldürdü

5 may 2024 , 16:28
Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51