Beynəlxalq Avtovağzal Kompleksində qanlı hadisə
15 iyul 2013 14:39 (UTC +04:00)

Beynəlxalq Avtovağzal Kompleksində qanlı hadisə

0

İyulun 14-də Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Zaqatala rayon sakini Səlim Səfərov münaqişə zəminində Bakı şəhər sakini İlahi Kamilova bıçaqla xəsarət yetirib.

 

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Səfərov tutulub. Hadisənin səbəbləri araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1852

Oxşar yazılar