Azərbaycan yollarında bir gündə 16 nəfər öldü
30 sentyabr 2014 13:45 (UTC +04:00)

Azərbaycan yollarında bir gündə 16 nəfər öldü

Azərbaycan yollarında baş vermiş qəzalarda bir gündə 16 nəfər ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, respublikanın avtomobil yollarında gün ərzində ümumilikdə 7 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 16 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

 

Bundan başqa sentyabrın 29-da Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Ölkədə ümumilikdə 56 cinayət faktı qeydə alınıb. Bunlardan 28-nin üstü “isti izləri” açılıb. Cinayət törədiklərinə görə 33 nəfər tutularaq istintaqa cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077

Oxşar yazılar