Kəndə hücum edən ayı quduzdur? - Müayinə nəticəsi açıqlandı - YENİLƏNİB - VİDEO
28 may 2016 11:46 (UTC +04:00)

Kəndə hücum edən ayı quduzdur? - Müayinə nəticəsi açıqlandı - YENİLƏNİB - VİDEO

 

"İlkin müayinənin nəticəsinə görə, Oğuzdan gətirilən ayıda quduzluq xəstəliyi aşkarlanmayıb, amma bakterioloji sınaq müayinəsi aparılır və 21 gün ərzində yekun nəticə bəlli olacaq".

 

Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

 

 

***

 

Oğuz rayonunda ayını öldürən şəxs heç bir inzibati məsulliyətə cəlb edilməyəcək.

 

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. O bildirib ki, Oğuz rayonunun Xalxal kəndinə hücum edən ayını öldürən kənd sakini Fazil Şükürov barəsində heç bir tədbir görülməyəcək: “Ov mövsümü sayılmasa da belə, o son zəruri müdafiə tədbiri gördüyü üçün bu, qanun pozuntusu sayılmır".

 

Nazirlik rəsmisi onu da bildirib ki, bu kəndə ayıların yenidən  hücum də etməsi istisna deyil: "Həmin kənd meşənin içində yerləşir. Meşədə də bəllidir ki, ayılar çox olur və ayının hansı istiqamətdən hücuma keçdiyi bilinmir”. R.Mirzəyev onu da bildirib ki, nazirlik həmin ərazidə nə qədər ayı olduğu barədə statistik məlumata sahib deyil. 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə Lent.az-a bildirib ki,  ayının quduz olub olmamasını müəyyən etmək üçün nümunələr bu gün səhər götürülüb və laboratoriyaya göndərilib. Nəticələr sabah günortaya kimi çıxacaq.

 

***

 

Lent.az uşaq bağçasına hücum edən ayı ilə bağlı Region.TV-nin videosunu təqdim edir:

***

 

Bu gün Oğuz rayonunun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən ayı kəndə hücum edib. 
 
Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib. 
 
O bildirib ki, kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olub, bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub. O qeyd edib ki, ayı sonra uşaq bağçasının həyətinə daxil olub: “Orada 50-dən çox uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Fazil Şükürov ayıya atəş açaraq öldürüb. Xoşbəxtlikdən heç bir uşaq xəsarət almayıb”.

 
 
O əlavə edib ki, hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280

Oxşar yazılar