Cəlilabadda maşın dərəyə aşdı, sürücü və 6 aylıq oğlu öldü - <span style="color:red;">YENİLƏNİB
22 avqust 2016 12:14 (UTC +04:00)

Cəlilabadda maşın dərəyə aşdı, sürücü və 6 aylıq oğlu öldü - YENİLƏNİB

Cəlilabadda baş verən ağır qəzada bir ailənin iki üzvü dünyasını dəyişib, digər iki üzvü isə ağır yaralanıb. 

Lent.az-ın  Region TV-ə istinadən məlumatına görə , hadisə zamanı ölən Firdovsi Məlikovun həyat yoldaşı  Təranə Məlikova və digər azyaşlı övladı Kəmaləddin Məlikov yaralı halda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların vəziyyəti orta ağır olaraq qalır. 

 

***

 

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Cəlilabad-Cəngən avtomobil yolunda qeydə alınıb. Cəlilabad şəhər sakini, 1979-cu il təvəllüdlü Firdovsi Kəmaləddin oğlu Məlikovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı dərəyə aşıb. Çoxsaylı bədən xəsarətləri alan sürücü və onun 6 aylıq oğlu hadisə yerində ölüblər.

 

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379

Oxşar yazılar