Astara Gömrük İdarəsinin sərnişin şöbəsində maraqlı faktın üstü açılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Rafael Qənbərovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 106,9 qram olan narkotik vasitə - heroin və 1 ədəd bükümdə, xalis çəkisi 7,98 qram olan narkotik vasitə - həşiş aşkar olunub.
Bundan başqa İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Valeh Bədəlovun üzərində aparılan şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, təmiz çəkisi 15,519 qram olan narkotik vasitə - heroin, təmiz çəkisi 37,206 qram olan narkotik vasitə - tiryək və təmiz çəkisi 6,5 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub. Hər iki faktla bağlı təhqiqat aparılır.