DİN polisin intiharı ilə bağlı məlumat yaydı
15 iyul 2013 13:55 (UTC +04:00)

DİN polisin intiharı ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının intihar etməsi faktı ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyulun 13-də  Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsinin ərazisindəki qəbiristanlıqda Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Əli Novruzov xidmət zamanı tabel silahından atəş açaraq özünü öldürüb.

 

Hadisə yerindən 1 ədəd xidməti “Makarov” markalı tapança, 2 ədəd daraq, 15 ədəd patron və 1 ədəd giliz götürülüb. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1752

Oxşar yazılar