Bakıda bir ailənin dəhşəti: TƏFƏRRÜAT - YENİLƏNİB
26 avqust 2013 15:19 (UTC +04:00)

Bakıda bir ailənin dəhşəti: TƏFƏRRÜAT - YENİLƏNİB

Avqustun 26-na keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində törədilmiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, əmisi tərəfindən amansızlıqla qətlə yetirilmiş 21 yaşlı Qədirova Kübra Hüseynağa qızı ata və anasını bir neçə il əvvəl itirib. K.Qədirovanın atası Rusiyada qətlə yetirilib, anası isə bir müddət əvvəl intihar edib.

 

Gənc qızın əmisi tərəfindən qətlə yetirilməsinə gəlincə, hadisə qısqanclıq zəminində baş verib. Məlumata görə, Zabrat-2 qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Qədirov Yavər Hacı Ağa oğlunun evi qardaşının evi ilə yanaşı olub. O başsız qalmış qardaşı uşaqlarına da nəzarət edirmiş. Lakin 21 yaşlı Kübranın evə gecələr gec saatlarda gəlməsi, açıq-saçıq geyimi əmisinin narazılığına səbəb olub. Yavər Qədirov dəfələrlə qardaşı qızını danlayıb, hətta onu özünü yığışdırması üçün döyüb. Lakin qız tutduğunu buraxmayıb. Nəticədə dünən gecə saat 00 radələrində evə gələn gənc qız qarşısında yenə əmisini görüb. Bu dəfə əsəblərinə hakim ola bilməyən kişi “montirovka” ilə qardaşı qızının baş nahiyəsinə çoxsaylı zərbələr endirərək onu öldürüb.

Qeyd edək ki, Y.Qədirovun da 3 uşağı qalıb. O hadisədən dərhal sonra Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gələrək könüllü təslim olub.

 

 

*****

13.09

Bakıda əmi qardaşı qızını qətlə yetirib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 25-i saat 00:10 radələrində, II Zabrat qəsəbəsi S. Cəfərov küçəsində yaşayan Yavər Qədirov qısqanclıq zəminində qardaşı qızı Kubra Hüseynağa qızı Qədirovanı baş nahiyəsindən küt alətlə vuraraq qətlə yetirib.

 

Y.Qədirov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gələrək təslim olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13675

Oxşar yazılar

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

Gəncədə işıq dirəyi aşdı, yeniyetməni "tok" vurdu

23 avqust 2025 , 23:03
Beyləqan sakini ot tayasından  yıxılıb öldü

Beyləqan sakini ot tayasından yıxılıb öldü

23 avqust 2025 , 22:11
Gəncədə DƏHŞƏT:  oğul 60 yaşlı atasını bıçaqladı

Gəncədə DƏHŞƏT: oğul 60 yaşlı atasını bıçaqladı

23 avqust 2025 , 21:35
Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47