Ev quşlarını oğurlayan qadın tutuldu
19 oktyabr 2015 15:09 (UTC +04:00)

Ev quşlarını oğurlayan qadın tutuldu

Şəkidə ev quşlarını oğurlayan qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Nürəddin Nəbiyevə məxsus 18 ev quşunu oğurlamış rayon sakini Şəfəq Abdullayeva tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Sərayə Süleymanovaya məxsus 9 ev quşunu oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207

Oxşar yazılar