FHN-in xilasediciləri suda boğulanları xilas etdilər
09 avqust 2013 10:20 (UTC +04:00)

FHN-in xilasediciləri suda boğulanları xilas etdilər

Avqustun 8-də, saat 19:30 radələrində FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Yenikənd Su Anbarında mühafizə xidməti aparan mühafizəçiləri 3 nəfər şəxsin gölə yaxınlaşdığını müşahidə ediblər. Lent.az-ın məlumatına görə, mühafizəçilərin xəbərdarlığına baxmayaraq onlar su anbarının mühafizə olunmayan hissəsinə yaxınlaşmış və yuyunarkən 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Həsənov Anar Nazim oğlunun ayağı sürüşərək su anbarına düşüb. Yoldaşlarının suda boğulduğunu görən digər iki şəxs ona kömək məqsədilə suya girmiş və özləri də batma təhlükəsi ilə üzləşiblər. Mühafizəçilər  öncə boğulmaqda olan Həsənov Anar Nazim oğlunu xilas edib və ona təxirəsalınmaz tibbi yardım göstəriblər. Suda boğulma təhlükəsi ilə üzləşmiş digər iki şəxs də xilas olunaraq hər birinə ayrılıqda müvafiq köməklik göstərilib. Suda boğulmuş Anar Həsənov dərhal Şəmkir rayonu Kür qəsəbə xəstəxanasına yola salınıb. Hazırda zərərçəkmiş evə buraxılıb və vəziyyəti yaxşıdır. Xəstəxanadan alınan məlumata görə adıçəkilən şəxs  içkili  olub.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111

Oxşar yazılar

Bakıda oteldə YANĞIN

Bakıda oteldə YANĞIN

23 avqust 2025 , 19:13
Ağdamda yanğın törədən saxlanıldı

Ağdamda yanğın törədən saxlanıldı

23 avqust 2025 , 18:23
Ağstafada "Prado" aşdı, ölən var

Ağstafada "Prado" aşdı, ölən var

23 avqust 2025 , 18:05
Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

Bakıda tikinti materialları oğurlayan dəstə ələ keçirildi

23 avqust 2025 , 17:35
Hamilə olduğunu doğuş zamanı  öyrəndi

Hamilə olduğunu doğuş zamanı öyrəndi

23 avqust 2025 , 15:47
Ata-ana körpəni aclıqdan öldürdülər

Ata-ana körpəni aclıqdan öldürdülər

23 avqust 2025 , 15:28
Bakıda evin pəncərəsini qırıb  külli miqdarda pul apardılar

Bakıda evin pəncərəsini qırıb külli miqdarda pul apardılar

23 avqust 2025 , 13:55
Tərtərdə 3 nəfər  yol qəzasında yaralandı

Tərtərdə 3 nəfər yol qəzasında yaralandı

23 avqust 2025 , 12:10