Qubada dəhşətli qəza: iki qardaş öldü
17 sentyabr 2013 10:05 (UTC +04:00)

Qubada dəhşətli qəza: iki qardaş öldü

0

Fövqəladə Hallar Nazirliyi Quba rayonunda 2 nəfərin ölümü ilə nəticələnmiş yol qəzası barədə məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Quba rayonu, Mirzə Məmməd kəndində “Audi” markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su  hovuzuna  düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1983-cü il təvəllüdlü Səmədov Rasim Səməd oğlu və sərnişin 1977-ci il təvəllüdlü Səmədov Cəsərət Səməd oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər R.Səmədovun və C.Səmədovun cəsədlərini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:08-də başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1788

Oxşar yazılar