FHN Lənkəranda 18 nəfəri subasmadan xilas etdi
17 oktyabr 2015 05:38 (UTC +04:00)

FHN Lənkəranda 18 nəfəri subasmadan xilas etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəran rayonunda baş verən subasma ilə bağlı məlumat yayıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yağan intensiv leysan xarakterli yağışlar nəticəsində Lənkəran rayonu, Bürcəli kəndində bəzi evlərin həyətyanı sahələri və zirzəmiləri su ilə dolub.

 

Fövqəladə Hallar Nazirliyinin Cənub regional mərkəzinin xilasediciləri və Dövlət Sularda Xilasetmə Xidmətinin “Cənub” dalğıc-axtarış qrupu əraziyə cəlb olunub. Xilasedicilər tərəfindən ümumilikdə 5 ailə, o cümlədən 18 nəfər xilas olunaraq təhlükəsiz əraziyə təxliyyə olunub. Əməliyyat saat 03:32 də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310

Oxşar yazılar