Gədəbəydə maşın 67 yaşlı qadını vurdu
17 oktyabr 2015 00:32 (UTC +04:00)

Gədəbəydə maşın 67 yaşlı qadını vurdu

Gədəbəydə piyadanı avtomobil vurub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Miskinli kəndində qeydə alınıb. Kənd sakini Yaşar Əliyev idarə etdiyi "UAZ" markalı avtomobillə hərəkətdə olarkən həmkəndlisi 1948-ci il təvəllüdlü Təzəgül Mehdiyevanı vurub.

 

Qadın qarnın travması və körpücük sümüyün sınığı xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295

Oxşar yazılar