Gəncədə maşın iki nəfəri vurdu, sürücü qaçdı
14 oktyabr 2015 00:05 (UTC +04:00)

Gəncədə maşın iki nəfəri vurdu, sürücü qaçdı

Gəncədə avtomobillərini düzəldən iki nəfəri başqa bir avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Araz Dursunov və 1991-ci il təvəllüdlü Zöhrab Musayev özlərinə məxsus “Mercedes” markalı avtomobili yolun kənarında düzəldərkən hərəkətdə olan “VAZ21011” markalı avtomobil onları vurub və sürücü hadisə yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alana yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 369

Oxşar yazılar