Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu
17 sentyabr 2013 10:10 (UTC +04:00)

Gürcüstanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu

0

Gürcüstan ərazisində zəlzələ baş verib. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən  məlumat verilib. Zəlzələ sentyabrın 17-də saat 09.09-da Zaqataladan 85 km şimal-qərbdə - Gürcüstan ərazisində qeydə alınıb.

 

8 km dərinlikdə baş verən, maqnitudası 5.80 olan zəlzələ Azərbaycanın Gürcüstanla həmsərhəd yaşayış məntəqələrində 4.0-3.0 bal gücündə hiss olunub. İlkin məlumatlara görə, tikintilərdə dağıntı yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1502

Oxşar yazılar