Hacıqabulda ər əvvəl arvadını, sonra isə özünü güllələdi - YENİLƏNİB
07 noyabr 2013 15:38 (UTC +04:00)

Hacıqabulda ər əvvəl arvadını, sonra isə özünü güllələdi - YENİLƏNİB

0
Hacıqabul rayonunda ailə faciəsi baş verib.

 

APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün rayonun Abdulabad kəndində qeydə alınıb.

 

Kənd sakini, 1964-cü il təvəllüdlü Əlisahib Dəmirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1964-cü il təvəllüdlü Kafiyə İsmayılovanı ov tüfəngi ilə güllələyib. Ə. Dəmirov daha sonra silahla özünü vurub. Onların hər ikisi aldığı güllə yarasından keçiniblər.

 

Qətlin motivi hələlik məlum deyil.

 

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3083

Oxşar yazılar