İstanbulda partlayışda ölənlərin arasında 1 nəfər azərbaycanlı olduğu bildirilir.
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib ki, azərbaycanlı olduğu deyilən mərhumun şəxsiyyəti müəyyənləşdirilir.
***
Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə KİV-də verilən məlumat Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluq tərəfindən Türkiyənin müvafiq orqanları vasitəsi ilə araşdırılır.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Veznecilər məhəlləsində ard-arda 2 partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3 nəfərin vəziyyəti ağırdır. NTV kanalının məlumatına əsasən yaralananlardan biri Azərbaycan vətəndaşıdır.
***
İstanbulda törədilən terror aktı nəticəsində yaralanan şəxslərdən biri Azərbaycan vətəndaşıdır.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb. Onun Haseki xəstəxanasına yerləşdirildiyi bildirilir.
Qeyd edək ki, hadisə nəticəsində 11 nəfər ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3 nəfərin vəziyyəti ağırdır.