Bir qədər əvvəl jurnalist Aytən Fərhadova sərbəst buraxılıb. O, sabah Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ifadə verməlidir.
***
Bu gün saat 15 radələrində şəxsiyyət vəsiqəsini almaq üçün Sumqayıt şəhərində yerləşən ASAN Xidmətə gedən Meydan TV-nin əməkdaşı, jurnalist Aytən Fərhadova (Ələkbərova) saxlanılıb. Lent.az xəbər verir ki, bu barədə jurnalist Aynur Elgünəş məlumat yayıb. Onun sözlərinə görə, A.Fərhadova hazırda 3-cü polis bölməsinə aparılır. Məlumata görə, jurnalist yeni şəxsiyyət vəsiqəsini almaq üçün ASAN Xidmətə gedib. Orada isə onu polisə təhvil veriblər.