Yekaterinburqdakı Azərbaycan diasporu  liderinin oğlu   2 aylıq həbs olundu -  YENİLƏNİB
16 iyul 2025 19:43 (UTC +04:00)

Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB

Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə keçirilib.

Lent.az xəbər verir ki, Yekaterinburqun Leninski Rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M. Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Azərbaycan diasporunun rəhbərinin oğlunu 5 ilə qədər həbs gözləyir. Məhkəmə M. Şıxlinskini sentyabrın 14-nə kimi həbsdə saxlayaraq istintaq təcridxanasına göndərib.

***

18:06

Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilib.

Lent.az-ın məlumatına görə, bu gün Yekaterinburqun Leninski Rayon Məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etməkdə) təqsirləndirilən Mutvalı Şıxlinski barəsində həbs qətiimkan tədbirinin seçilməsinə baxacaq.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar