Maşın 200 metrlikdən dərəyə yuvarlandı: 2 ölü, 1 yaralı - YENİLƏNİB
16 noyabr 2013 16:42 (UTC +04:00)

Maşın 200 metrlikdən dərəyə yuvarlandı: 2 ölü, 1 yaralı - YENİLƏNİB

0
Hacıqabulda ağır yol qəzası baş verib.

APA-nın Şirvan bürosunun məlumatına görə, hadisə Uclu dağında qeydə alınıb. Uclu kənd sakini, 1979-cu il təvəllüdlü İbrahimov Vüsal Qəmbər oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 24 BA 248 dövlət nömrə nişanlı avtomobil təxminən 200 metr hündürlükdən dərəyə yuvarlanıb.

 

Nəticədə maşında olan sərnişinlər, Uclu kənd sakinləri - 1990-cı il təvəllüdlü Gülmalıyev İsmayıl Bəxtiyar oğlu və 1971-ci il təvəllüdlü Məlikov Oqtay Gülağa oğlu hadisə yerindəcə keçiniblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4476

Oxşar yazılar