Məhəmməd Mursi xəstəxanaya yerləşdirildi
06 noyabr 2013 13:52 (UTC +04:00)

Məhəmməd Mursi xəstəxanaya yerləşdirildi

0

Misirin devrilmiş prezidenti Məhəmməd Mursi İsgəndəriyyə şəhərində xəstəxanaya yerləşdirilib.


 

APA-nın “mignes.com” saytına istinadən verdiyi məlumata görə, Məhəmməd Mursi  mədəsindəki ağrılardan şikayətlənib.

 

Misir mətbuatı həkimlərin devrilmiş prezidenti müayinə etdikdən sonra onun müalicə kursu keçməsinə qərar verdikləri barədə xəbər yayıb.

 

Qeyd edək ki, noyabrın 4-də Misirdə ölkənin demokratik yolla seçilən ilk prezidenti Məhəmməd Mursi məhkəmə qarşısına çıxarılıb. Bu il iyulun əvvəlində hərbçilər tərəfindən devrilən Məhəmməd Mursini dövlətə xəyanətdə, mitinq iştirakçıların qətlində və HƏMAS təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 605

Oxşar yazılar