Motosikletlə maşın toqquşdu :1 ölü, 1 yaralı
06 iyul 2013 13:39 (UTC +04:00)

Motosikletlə maşın toqquşdu :1 ölü, 1 yaralı

0

Dünən saat 19.00 radələrində Xəzər rayonu Binədə qəsəbə sakini Tərlan Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla həmyerlisi Vladimir Lazarenkonun idarə etdiyi “M” markalı motosiklet toqquşub.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə xəsarət almış Vladimir Lazarenko və sərnişini, Bakı şəhər sakini Fuad Allahverdiyev xəstəxanaya yerləşdirilib.

 

Vladimir Lazarenko xəstəxanada ölüb. Araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1069

Oxşar yazılar