Pakistanda təcavüzə uğrayan azərbaycanlı qız nüfuzlu ailənin gəlini imiş - YENİ FAKTLAR
29 sentyabr 2026 17:07 (UTC +04:00)

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qız nüfuzlu ailənin gəlini imiş - YENİ FAKTLAR

0

23 yaşlı Azərbaycan vətəndaşı Diana Bağıyeva Pakistanın Lahor şəhərində qrup halında təcavüzün qurbanı olub.

Lent.az "Oxu.Az"a istinadən xəbər verir ki, o, nüfuzlu pakistanlı siyasi ailədən olan gəncin keçmiş həyat yoldaşıdır.

Əri ondan Feysalabaddan olan və Şabir Əhməd (Nəqaş kimi də tanınır) adlı parça ticarətçisi ilə ehtimal edilən sevgi macərasına görə ayrılıb. İddia olunur ki, Şabir və onun dostu pul qazanmaq məqsədilə Diananı Lahorun Cohar-Taun ərazisində fahişəliklə məşğul olmağa məcbur ediblər.

Pakistanda üç nəfərin təcavüz etdiyi 23 yaşlı azərbaycanlı qızla bağlı FAKTLAR - FOTO

Diananın ailəsi

Diana Azərbaycanın Qusar şəhərindəndir. O, bacısı və qardaşı ilə birlikdə sadə bir ailədə böyüyüb. Atası Romikin narkotik asılılığından əziyyət çəkdiyi bildirilir. Onun spirtli içkilər qəbul etdiyi, rəqs klublarına və əyləncə gecələrinə getdiyi, sərxoş vəziyyətdə isə tez-tez davalara qarışdığı qeyd olunur.

Pakistanda üç nəfərin təcavüz etdiyi 23 yaşlı azərbaycanlı qızla bağlı FAKTLAR - FOTO

Pakistanlı ilə tanışlıq

2023-cü ildə Bakıda, Diana pakistanlı bir gənclə tanış olub. Onlar dostlaşıb və mütəmadi olaraq görüşməyə başlayıblar.

Pakistanda üç nəfərin təcavüz etdiyi 23 yaşlı azərbaycanlı qızla bağlı FAKTLAR - FOTO

Bakıda polisə şikayət

2024-cü ilin dekabrında Diananın kəskin sərxoş halda sevgilisinin evinə gedərək qalmaqal yaratdığı ehtimal edilir. Daha sonra o, gəncin onu öldürməyə cəhd etdiyini iddia edərək hüquq-mühafizə orqanlarına müraciət edib. Şikayət ərizəsi Bakının Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinə təqdim olunub. Polis Pakistan vətəndaşını saxlasa da, sonradan o sərbəst buraxılıb və öz ölkəsinə qayıdıb. Bir neçə gün sonra Diana yenidən onun evinə gələrək ağlayıb, onu sevdiyini və ayrılacaqları təqdirdə intihar edəcəyini bildirib. O, üzr istəsə də, polisdəki şikayətini geri götürməyib. Gənc Pakistana getməyə cəhd edərkən qadının onun pasportunu və telefonunu əlindən aldığı iddia edilir. Bundan sonra o, qadını Pakistana aparıb. Onların Ravalpindidəki toy mərasimi sadə keçib. Diana yaxşı həyat yoldaşı olacağına söz verib. Ardından cütlük yenidən Bakıya qayıdıb.

Toydan sonrakı problemlər

Ailə qurduqdan sonra Diananın ərini işə getməməyə və bütün günü onunla keçirməyə məcbur etdiyi bildirilir. O, mütəmadi olaraq qışqıraraq münaqişələr yaradıb. Mənbələrin məlumatına görə, o, hiyləgərliyi ilə seçilib və ərinin həyatını hər vəchlə çətinləşdiririb. Evlilikdən sonra hamilə qalsa da, ehtimal ki, abort etdirib. Bu hadisə həyat yoldaşını ciddi şəkildə məyus edib.

Pakistanda üç nəfərin təcavüz etdiyi 23 yaşlı azərbaycanlı qızla bağlı FAKTLAR - FOTO

Pakistandakı həyat

2025-ci ilin mayında əri onu yenidən Pakistana gətirib. Diananın ərinin qohumları ilə münaqişə yaşadığı bildirilir. Nəticədə, əri Feysalabadda ev kirayələyərək onunla birlikdə orada yaşamağa başlayıb. Burada onun "Nəqaş" ləqəbli tacir Şabir Əhmədlə sevgi münasibətlərinə başladığı ehtimal olunur. Əri bu barədə öyrənib. Həmin ərəfədə verilən məlumatlara görə, o, daha bir dəfə abort etdirib. Bunun ardınca əri onunla nikahı pozub.

Pakistanda üç nəfərin təcavüz etdiyi 23 yaşlı azərbaycanlı qızla bağlı FAKTLAR - FOTO

Boşandıqdan sonra Diana və Şabir arasındakı münasibətlər daha da istiləşib. Şabir onunla görüşmək üçün Bakıya gəlir, o isə Pakistana səfər edib. Hətta bir dəfə onun Pakistanda tam bir ay qeyri-qanuni yaşadığı bildirilir.

Şabir onu öz evinə gətirərək həyat yoldaşına Diananın geyim satışı biznesində xarici tərəfdaşı olduğunu deyib. O, qadın üçün birinci mərtəbədə xüsusi otaq ayırıb. Günlərin birində Şabirin arvadı onları otaqda qucaqlaşarkən yaxalayıb. O, Diananı döyərək evdən qovub.

Diana Atif adlı qonşusuna müraciət edərək baş verənləri danışıb və onun köməyi ilə Bakıya qayıtmaq üçün bilet əldə edib.

Pakistanda üç nəfərin təcavüz etdiyi 23 yaşlı azərbaycanlı qızla bağlı FAKTLAR - FOTO

Lahora qayıdış

Pulsuzluq və işsizlik səbəbindən Diana Bakıda uzun müddət qala bilməyib. O, 2026-cı ilin may ayında yenidən Lahora dönüb. Bu dəfə isə kömək məqsədilə Şabirin dostu Tövhid Batta müraciət edib. İddialara əsasən, Şabir və Tövhid onu fahişəlik etməyə məcbur ediblər. Bu vəziyyət onun həyatını daha da dözülməz hala gətirib. Mənbələrin məlumatına görə, təcavüz hadisəsindən sonra Tövhid Batt "Instagram" hesabını silərək gizlənib. Hüquq-mühafizə orqanları Şabiri və daha üç nəfəri saxlayıb. Diana həmçinin onu zorlayan üç kişinin adını polisə təqdim edib. Hazırda polis həmin şəxslərin tutulması istiqamətində iş aparır.

Pakistanda üç nəfərin təcavüz etdiyi 23 yaşlı azərbaycanlı qızla bağlı FAKTLAR - FOTO

***

28 sentyabr, saat 18:15

İş üçün Bakıdan Pakistana gedən 20 yaşlı qadın təcavüzə məruz qalıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, iş məqsədilə Pakistana səfər edən qadın restoranlardan birində iki qadınla tanış olub.

Qadınlar onun yanında əyləşərək birlikdə şam etməyi təklif ediblər. Daha sonra onlara üç kişi qoşulub. Zərərçəkən getməyə hazırlaşanda kişilər hamını avtomobillə aparmağı təklif ediblər. Azərbaycanlı qadın razılaşmadıqda isə onu zorla maşına mindirərək ünvanını bilmədiyi mənzilə aparıblar. Orada ona narkotik maddə verərək təcavüz ediblər.

Hadisədən sonra kişilər qadını avtomobil yolundakı nəqliyyat qovşağının yaxınlığında qoyub gediblər.

Özünə gələndə qadın mobil telefonunun və digər qiymətli əşyalarının yoxa çıxdığını görüb. Bu zaman o, polisə müraciət edib. Hüquq-mühafizə orqanları bütün şübhəlilərin kimliyini müəyyənləşdirib. Onların bir ay müddətinə ölkədən çıxışına qadağa qoyulub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1998

Oxşar yazılar