"Lill"in hücumçusu Olivye Jiru bu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb.
"Bu, oyunçu kimi son mövsümümdür. Ona görə də hər andan zövq alıram", - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Jiru vurğulayıb.
Jiru 2018-ci ildə Fransa millisi ilə Dünya çempionu olub. O, əvvəllər "Los-Anceles", "Milan", "Çelsi" və "Arsenal"da oynayıb.