Mövqelərimiz atəşə tutulub
16 avqust 2013 09:34 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

0

Cəbhədə vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun  Quşçuayrım kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında, Goranboy və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 545

Oxşar yazılar