MTN və Səhiyyə Nazirliyi 11 qanunsuz stomatoloji kabinet aşkar edib
03 iyul 2013 11:41 (UTC +04:00)

MTN və Səhiyyə Nazirliyi 11 qanunsuz stomatoloji kabinet aşkar edib

0

Bakıda 11 qanunsuz stomatoloji kabinet aşkarlanıb. Lent.az-ın “Tibb” qəzetinə istinadən məlumatına görə, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analatik Ekspertiza Mərkəzi (DVAEM) və Milli Təhlükəsizlik Nazirliyi müvafiq qanunvericiliyə uyğun olaraq, təsdiq olunmuş birgə tədbirlər planı çərçivəsində qanunsuz fəaliyyət göstərən stomatoloji kabinetlərin aşkarlanması üçün reydlərə başlayıblar. Yoxlamaların ilk günündə 11 qanunsuz stomatoloji kabinet aşkarlanıb. Həmin kabinetlər paytaxtın Nərimanov, Nizami və Nəsimi rayonlarında aşkar edilib.

 

Sözügedən müəssisələrin rəhbərlərinə xəbərdarlıq olunub. Xəbərdarlıqda qeyd olunub  ki, müəssisə rəhbərləri qanunsuz fəaliyyətlərini dayandırmalı və özəl tibb fəaliyyətinə müvafiq lisenziya almaq Səhiyyə Nazirliyinə müraciət etməlidirlər.

 

DVAEM bu istiqamətdə reydləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2497

Oxşar yazılar