Neft şirkətindən oğurluq edən 3 nəfər tutuldu
22 oktyabr 2015 13:21 (UTC +04:00)

Neft şirkətindən oğurluq edən 3 nəfər tutuldu

Bakıda oğurluq etmiş 3 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 18-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində “Suraxanı Oil Operation Company S.A.” şirkətinə məxsus 3 neft quyusundan kabel oğurlanıb.

 

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Anar Şıxıyev, Nurlan Rəcəbli və İsa Əliyev saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar