GÜNÜN ŞƏRHİ
Avropa Məhkəməsinin qərarı son 100 ildə “erməni soyqırımı” iddialarının qondarma olduğunu isbatlayan ən mühüm və tək qərardır. Doğu Perincek və Tələt Paşa Komitəsinin səyləri nəticəsində qəbul olunan bu qərar həm də ona görə mühümdür ki, bu sənəd erməni lobbisinin imkanları ilə bağlı mifi darmadağın etdi. Avropa Məhkəməsinin qərarı həm də presedent hüququna sahibdir, yəni bundan sonra bu məhkəmənin yurisdiksiyasını qəbul etmiş heç bir ölkə qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti tətbiq edə bilməyəcək. Bu qərar həm də Fransada qəbul olunmuş qanunun qüvvədən düşməsi üçün əsas yaradır. Adi bir vəkil belə Avropa Məhkəməsinin qərarını əsas götürərək Fransa hökumətinə qarşı iddia qaldıra və “erməni soyqırımı olmayıb” deyənlərin cəzalandırılmasını qarşısını ala bilər. Beləliklə Avropada hər kəs artıq tam sərbəst şəkildə “ermənilərə qarşı soyqırımı törədilməyib, bu iddialar kökündən yalandır” deyə və fikrini açıq şəkildə müdafiə edə bilər. Avropa Məhkəməsinin qərarı həm də soyqırımı inkar etdiyinə görə haqqında cinayət işi açılan, ölkəyə girişinə qadağa qoyulan, beynəlxalq axtarışa verilən şəxslərin, o cümlədən Türk Tarix Qurumunun sabiq rəhbəri, MHP millət vəkili Yusuf Halaçoğlu və digərlərinin bəraət alması deməkdir. Bu qərarın qəbulu üçün zəhmət çəkən hər kəsə təşəkkür edirik.

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 Oktyabr
Oxşar yazılar

Araz çayında bir nəfər batdı
18 iyul 2025 , 15:15
Bakıda külli miqdarda dələduzluq edən "biznesmen"ə HÖKM OXUNDU
18 iyul 2025 , 15:00
Ermənistanda işgəncələrə məruz qalan şəxs məhkəmədə ifadə verdi
18 iyul 2025 , 14:21
Azərbaycanlı milyarderdən rüşvət alan fransalının işində ittiham aktı ELAN OLUNDU
18 iyul 2025 , 14:11
Azərbaycanda 10 korrupsioner cinayət başında saxlanılıb
18 iyul 2025 , 14:06
Masallıda qonaq evdən 12 minlik qızıl oğurladı
18 iyul 2025 , 12:59
"Nə oldu, Paşinyan?"ı oxuyan həbs olundu - SƏBƏB - YENİLƏNİB
18 iyul 2025 , 12:51