"Nida"çıların kassasiya şikayəti təmin olunmadı
15 oktyabr 2015 12:41 (UTC +04:00)

"Nida"çıların kassasiya şikayəti təmin olunmadı

Bu gün Ali Məhkəmədə Nida Vətəndaş Hərakatının 3 üzvünün – Rəşadət Axundov, İlkin Rüstəmzadə və Məmməd Əzizovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə, prosesdə vəkillər Zaur Qurbanlı və Fariz Namazlı çıxış edərək cinayət işinə xitam verilməsini istəyiblər.

 

Hakimlər kollegiyası müşavirəyə gedib. Məhkəmənin qərarı ilə kassasiya şikayəti təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanıb.

 

Qeyd edək ki, 6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Şahin Novruzlu, Məhəmməd Əzizov, Bəxtiyar Quliyev, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı və İlkin Rüstəmzadəni 10 mart 2013-cü il etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsirli bilib və 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

 

Nidaçılardan Şahin Novruzlu, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli və Zaur Qurbanlı prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181

Oxşar yazılar