Bakıdakı həbsxanalardan birinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində AR Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.3; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası, Ağsu rayonu, Pirhəsənli kənd sakini Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman, əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilmiş 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Övladı üçün cinayətə əl atdı - BAKIDA
Oxşar yazılar

SƏS YAZISI YAYILDI, direktor işdən çıxarıldı
4 avqust 2025 , 21:57
Bakıda itkin düşən 20 yaşlı qadın tapıldı-YENİLƏNİB
4 avqust 2025 , 21:34
Bakıda köşklərdən oğurluq edənlər saxlanıldı
4 avqust 2025 , 20:45
Şamaxıda FACİƏ: ailəsi gənc oğlanın meyitini tapdı
4 avqust 2025 , 19:46
Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində həbs qərarı verildi
4 avqust 2025 , 19:36
Bakıda 53 yaşlı qadın evində ölü tapıldı
4 avqust 2025 , 18:56
Qəbələdə əcnəbi turistlər qəzaya düşdü, yaralılar var
4 avqust 2025 , 18:48