Oyuncaqdakı mayedən körpə zəhərlənib
19 avqust 2013 20:03 (UTC +04:00)

Oyuncaqdakı mayedən körpə zəhərlənib

0

Gəncədə iki yaşlı uşaq şampundan zəhərlənib. Gəncə şəhər 2 saylı uşaq xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 2011-ci il təvəllüdlü Aidə Turan qız Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsi ilə 2 yaşlı uşağın həyatı xilas edilib. Araşdırma zamanı məlum olub ki, Aidə Əhmədzadə içərisində köpük olan uşaq oyuncağı ilə oynayarkən səhvən onun içərisindəki şampunu içib. Hazırda uşağın səhhətinin normal olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 828

Oxşar yazılar