Penitensiar Xidmət: <span style="color:red;">"Cinayətkar aləmin sifarişlərinin nəticəsidir”
25 avqust 2014 19:36 (UTC +04:00)

Penitensiar Xidmət: "Cinayətkar aləmin sifarişlərinin nəticəsidir”

“Bir neçə məhkumun özünə xəsarət yetirməsi barədə yayılan növbəti həqiqəti əks etdirməyən xəbər cinayətkar aləmin sifarişlərinin nəticəsidir”. Lent.az-ın məlumatına görə, bu barədə Penitesiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib. 

 

“Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələri barədə tamamilə əsassız, həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır. Bir neçə gün bundan əvvəl Qobustan həbsxanasında guya kütləvi aclıq aksiyasının keçirilməsi, ardınca orada bir neçə məhkumun müəssisə rəisinin sərt davranışına etiraz əlaməti olaraq özünə xəsarət yetirməsi ilə bağlı yayılan xəbərlər məhz bu qəbildəndir”.

 

Məlumatda qeyd olunub ki, Penitensiar Xidmət bu cür əsassız məlumatların rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayıldığını dəfələrlə bəyan edib: “Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin xüsusi tapşırığına əsasən Həbsxanada cəza çəkən məhkumların ailə üzvləri və yaxınları ilə görüş zamanı qaldırılmış məsələlərlə bağlı xidmətin aidiyyəti qurumları tərəfindən müvafiq araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində müəyyən olunub ki, həqiqətən rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən digər cəza çəkənlərin ailə üzvlərində təşviş yaratmaq məqsədilə Həbsxanada aclıq aksiyası keçirilməsi və məhkumlarla kobud davranış barədə həqiqətə uyğun olmayan məlumatlar yayılır. 25 avqust tarixində bir neçə məhkumun özünə xəsarət yetirməsi barədə yayılan növbəti həqiqəti əks etdirməyən xəbər da məhz cinayətkar aləmin sifarişlərinin nəticəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2463

Oxşar yazılar

Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06
Şəkidə AĞIR QƏZA:   7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

10 may 2025 , 20:16