Prezident Qazaxa səfər edib
05 iyul 2013 18:37 (UTC +04:00)

Prezident Qazaxa səfər edib

0

Prezident İlham Əliyev Tovuza səfərini başa çatdıraraq Qazax rayonuna gedib. Lent.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Qazağın mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub. Rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident İlham Əliyevə məlumat verib ki, abidənin yerləşdiyi 4 hektarlıq parkın yenidən qurulmasına 2012-ci ildə başlanmış, ərazinin yarısında bərpa işləri həmin il başa çatdırılıb. Qalan iki hektar sahə isə bu il abadlaşdırılıb. Burada sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 757

Oxşar yazılar