Göygöldə quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Göygöl RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də rayon sakini Balaxatın Həsənovaya məxsus evə quldurluq məqsədi ilə girib heç nə tapa bilmədiklərindən hadisə yerini tərk etmiş həmyerliləri Mehdi Zeynallı, Fərid Tağızadə və Elşən Zeynalov tutulub.
Araşdırma aparılır.