Zakir Qaralovdan yeni prokuror təyinatları
14 oktyabr 2015 19:13 (UTC +04:00)

Zakir Qaralovdan yeni prokuror təyinatları

Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Lənkəran rayon prokuroru Natiq Abdullayev tutduğu vəzifədən azad edilərək Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsinə təyin olunub.

 

Baş prokurorun digər əmri ilə Tovuz rayon prokuroru vəzifəsini icra edən Fəxrəddin Məmmədov Bərdə rayon prokuroru vəzifəsinə təyinat alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239

Oxşar yazılar