Qaxda yanan evdən yiyəsinin meyiti aşkarlanıb - YENİLƏNİB
26 noyabr 2013 12:28 (UTC +04:00)

Qaxda yanan evdən yiyəsinin meyiti aşkarlanıb - YENİLƏNİB

0

*Qax rayonunda ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yanğın rayon mərkəzindən 5 km aralıda yerləşən Qaxinqiloy kəndində baş verib.

 

Hadisə nəticəsində 1930-cu il təvəllüdlü Beroşvili Nikolay Mixayloviçə məxsus ümumi sahəsi 165 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi, N.M. Beroşvilinin meyiti aşkarlanıb.

 

Bitişik tikililər və qonşu evlər yanğından mühafizə olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1310

Oxşar yazılar