Göygöl rayon sakini ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Çaykənd kənd sakini, 1958-ci il təvəllüdlü Elşad Hüseynov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. E. Hüseynov heyvanları örüşə aparan zaman qayalıqdan yıxılaraq xəsarət aldığını bildirib.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.