Qonşusu ilə dalaşdıqdan sonra öldü
17 oktyabr 2015 22:15 (UTC +04:00)

Qonşusu ilə dalaşdıqdan sonra öldü

Sabirabadda qonşusu ilə mübahisə edən şəxs evinə qayıtdıqdan sonra   dünyasını dəyişib.

 

Sabirabad rayonu Qaragüney ərazi polis bölməsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, axşam saatlarında Sabirabad rayonunun Dadaşbəyli kənd sakini, 1945-ci il təvəllüdlü Quliyev Mikayıl Əliqulu oğlu qonşusu ilə mübahisədən sonra ürək tutmasından dünyasını dəyişib. Sonuncunun ailə üzvləri polisə müraciət edərək ailə başçısının döyüldüyünü və bunun nəticəsində öldüyünü iddia ediblər. Ailə üzvlərinin polisə müraciəti əsasında M.Quliyevin meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyində ekspert müayinəsindən keçirilib. Ekspertizanın nəticələrindən sonra ölümün  nədən baş verdiyi aydınlaşacaq.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 146

Oxşar yazılar