Qubada alma oğruluğu ilə məşğul olan dəstə üzvləri saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, oktyabrın 12-də Elvin Bayramova məxsus bağ sahəsindən 150 yeşik alma oğurlamış Barlı kənd sakinləri İlqar Babayev, Zaur Ağamuradov və Pərviz Yunusov tutulub.
Faktla bağlı araşdırma aparılır.