Qusarda ikimərtəbəli ev yandı
15 oktyabr 2015 04:30 (UTC +04:00)

Qusarda ikimərtəbəli ev yandı

Qusarda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qusar rayonu, Həsənqala kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 280 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət evin 1- ci mərtəbəsində mətbəxin divarının taxta özlüyü, lambirdən ibarət tavanı və mətbəx mebeli 9 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 321

Oxşar yazılar