<b>Sabah 22 dərəcə temperatur olacaq </b>- <span style="color:red;">PROQNOZ
07 aprel 2016 12:27 (UTC +04:00)

Sabah 22 dərəcə temperatur olacaq - PROQNOZ

0

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Abşeron yarımadasında havanın temperaturunun gecə 6-9, gündüz 15-20  dərəcə olacağı gözlənilir. Bakıda gecə 7-9, gündüz 17-19 temperatur olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 4-9, gündüz 17-22 dərəcə isti, dağlıq rayonlarda gecə  0-5 dərəcə, gündüz  10-15 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar