Şəmkir rayonu ərazisində Dəllər qəsəbə sakini Abbas Abbasov “Ford” markalı evakuatorla su arxına düşmüş “Mercedes GL 450” markalı avtomaşını trosla dartarkən avtomaşın qoşqu yerindən çıxıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Ford” yaxınlıqda sərxoş halda gəzən rayon sakini Zakir Nağıyevi ağaca sıxıb.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Zakir Nağıyev orada ölüb.